“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəXəbərlər

Xəbərlər

İşğaldan azad edilmiş Şükürbəyli kəndində ilk dərs günü

News Image

İşğaldan azad edilmiş Şükürbəyli kəndində ilk dərs günü

15 sentyabr 2026-cı il tarixində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Şükürbəyli kənd tam orta ümumtəhsil məktəbində 2026-2027-ci tədris ilinin ilk dərs günü münasibətilə tədbir keçirilib.Tədbirdə Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov,Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov,Cəbrayıl rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov,ETİHİ Cəbrayıl Rayon Komitəsinin sədri Alim Babayev məktəb kollektivi,valideynlər və şagirdlər iştirak ediblər.

Tədbirdə cıxış edən Elm və Təhsil Nazirliyinin Hüquq şöbəsinin müdiri Səbuhi Mahmudov Qarabağda tədris prosesinin qısa müddət ərzində pərpa olunmasını ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilib.O məktəb şagirdlərinin gələcəkdə ölkəmizin inkişafına fəal iştirak edəcəklərinə əminliyini ifadə edib.Səbuhi Mahmudov çıxışının sonunda şagird və müəllimlərə yeni tədris ilində üğurlar və yüksək tədris naliyyətləri arzulayıb.

Daha sonra Şərqi Zəngəzur Regional Tədris İarəsinin müdiri Fuad Bədəlov çıxış edərək işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin fəaliyyətinin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.Bildirib ki,Şükürbəyli kəndində müasir standartlara cavab verən məktəb binasının istifadəyə verilməsi burada yaşayan və bu əraziyə köçürülən ailələrin övladlarının keyfiyyətli təhsilə əlçatanlığının təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.

Fuad Bədəlov məktəbin müıllim və şagird kollektivinə müraciət edərək,yeni tədris ilində qarşıya qoyulan əsas məqsədin şagirdlərin keyfiyyətli təhsil alması,onların bilik və bacarıqlarının inkişaf etdirilməsi olduğunu vurğulayıb.O,məktəbin müasir maddi-texniki imkanlarından səmərəli istifadə olunmasının tədrisin keyfiyyətinə müsbət təsir göstərəcəyini bildirib və məktəb kollektivinə,şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.

Yüksək bal toplayan məzunlarla görüş

News Image

Yüksək bal toplayan məzunlarla görüş

Cəbrayıl rayonunda 11 sentyabr 2026-c-il tarixdə 2025-2026-cı tədris ilində Respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək bal toplayan məzunlarla görüş keşirilib.Görüşdə Rayon İcra hakimiyyətinin başçısı Kamal Həsənov,Rayon Təhsil sektorunun müdiri Zamiq Qurbanov,ETİHİ Cəbrayıl Rayon Komitəsinin sədri Alim Babayev ,aparatın əməkdaşları,məktəb direktorları,təhsil işçiləri,ali məktəblərə qəbul olunan məzunlar və valideyinlər iştirak ediblər.

Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad olunması ilə başlanan tədbirdə İcra Hakimiyyətinin başçısı Kamal Həsənov ali təhsil müəssisələrinə qəbul imtahanında yüksək nəticə göstərərək tələbə adını qazan məzunları təbrik edib,xoş arzularını bildirib.Rayon rayon rəhbəri bildirdi ki,Prezident cənab İlham Əliyevin və Birinci vitse-preziden Mehriban xanım Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizdə dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təhsilin inkişafı,maddi-texniki bazasının möhkəmləndirilməsi və müasir təhsil infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keşirilir.İşğaldan azad edlmiş at-baba yurdlarımızda da yeni məktəblərin,uşaq bağçalarının açılması,mövcud təhsil müəssisələrinin əsaslı təmiri və yenidənqurma işlərinin aparılması bizi çox sevindirir.Bu da tədrisin keyfiyyətinin yüksəldilməsi üçün başlıca amildir.Əvəlki illərdə olduğu kimi,bu tədris ilində də əldə olunan yüksək nəticələr rayonun təhsil ənənələrinin və intelektul potensialının göstəricisindən xəbər verir.Nəzərinizə çatdırmaq istəyirəm ki,bu il rayonun 37 ümumtəhsil məktəblərini bitirən 635 məzundan 459-u ali və orta ixtisa məktəblərinə sənəd verib.Onlardan 412-si müxtəlif ali və orta ixtisas məktəblərinə qəbul olunub.Tələbə adını qazanan məzunlardan 22-si 600-dən,48-i isə 500-dən çox bal toplayıb.

Digər çıxış edənlər də məzunları təbrik edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə öz minnədarlıqlarını bildirdilər.Sonda ali məktəblərə qəbul imtahanlarından 600-dən çox bal toplayan məzunlara ETİHİ Cəbrayıl Rayon Komitəsinin hədiyyələri təqdim olunub,xatirə şəkilləri çəkdirildi.

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

News Image

Tələbələrin yay düşərgəsi çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib

Sentyabrın 8-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Xaçmaz rayonunda yerləşən “Təhsil” İstirahət Mərkəzində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib.


Tədbir Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə sentyabrın 7-dən 12-dək “Təhsil” İstirahət Mərkəzində keçirilən tələbə düşərgəsi çərçivəsində təşkil olunub.


Görüşdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru vəzifəsini icra edən Fərid Babayev, Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Bakı Avrasiya Universitetinin rektoru Siyavuş Qasımov və 700 -ə yaxın ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri iştirak ediblər.


Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə giriş sözü ilə çıxış edərək tədbirin məqsədi və “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti barədə məlumat verib.


Daha sonra Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev qonaqlara AHİK rəhbərliyinin səmimi salamlarını çatdırıb və son illərdə həmkarlar hərakatında görülən işlərdən danışıb. İl ərzində komitə tərəfindən həyata keçirilən yay və qış düşərgələri, forumlar, intellektual yarışlar, idman tədbirləri, təlimlər, ekskursiyalar, mədəni proqramlar, könüllülük təşəbbüsləri və sosial layihələrin məhz bu məqsədə xidmət etdiyini diqqətə çatdırıb.


ETİHİ Respublika Komitəsinin sədri onu da vurğulayıb ki, qarşıdakı illərdə bu cür düşərgələr ixtisasyönümlü olacaq və tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi istiqamində daha innovativ layihələr həyata keçiriləcək. 


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan tədbirin əsas məruzəçisi Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar memarı Gülçöhrə Məmmədova şəhərsalma və memarlığın gələcəyi, müasir şəhər mühitinin formalaşdırılmasında yeni yanaşmalar və bu sahədə gənc mütəxəssislərin rolu barədə fikirlərini bölüşüb. Rektor çıxışında şəhərsalma və memarlıq sahəsində keyfiyyətli mütəxəssis hazırlığının vacibliyinə diqqət çəkib, tələbələri yeni biliklərə yiyələnməyə və yaradıcı düşüncəyə təşviq edib. Professor Gülçöhrə Məmmədova gənclərin gələcəkdə ölkənin şəhərsalma və memarlıq mühitinin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.


Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı öz çıxışında  Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasına tələbələr üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirərərək son illər peşə təhsilinə gənclərin marağının əvvəlki illərə nisbətən daha çox olmasından həmçinin peşə təhsili müəssiələrində yüksək ixitsaslı texniki mütəxəssislərin hazırlanmasından bəhs edib. 


Daha sonra qonaqlar “Təhsil” İstirahət Mərkəzində ittifaq üzvilərinə yaradılmış şəraitlə tanış olublar. Sonda tələbələrlə ali təhsil müəssisələrinin rəhbərləri xatirə fotosu çəkdiriblər.


Qeyd edək ki, düşərgə çərçivəsində tələbələr üçün intellektual yarışlar,futbol, voleybol, şahmat yarışları, foto və film müsabiqələri keçiriləcək.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.


Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.


ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.


Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.


Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.


Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.


Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, İşçilərin İdmanı üzrə Balkan Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.


Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.


Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

News Image

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər


Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.


Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.


Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.


Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.


Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.


Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.


Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.


Yarışlar avqustun 30-dək davam edəcək.

İttifaq qzvlərinin asudə vaxtlarının təşkili.

News Image

İttifaq qzvlərinin asudə vaxtlarının təşkili.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsi ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmişdir.İttifaq üzvləri ölkəmizin gözəl şəfalı rerləri olan Şuşa,Laçın,Kəlbəcər, Xankəndi və Qəbələ rayonlarına səfər etmiş,gözəl təbiətlərində istirahət etmişdirlər.Kollektivimizə yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürlərini bildirdilər.

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili.

News Image

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili.

Elm və Təhsil İşçiləri Həmkarlar İtifaqı Cəbrayıl Rayon Komitəsi,iyul ayında itifaq üzvlərinin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmişdir.İttifaq üzvləri ölkəmizin gözəl şəfalı yerləri olan Şuşa,Laçın,lerik və Şəki rayonlarına səfər etmiş,gözəl təbiətlərində istirahət etmişdirlər.Kollektivimizə yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürlərini bildirdilər.

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili.

News Image

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsi,iyun ayında Cəbrayıl rayon 6 saylı tam orta,1 saylı tam orta və Şahvəlli kənd tam orta məktəblərinin kollektivinin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmişdir.İttifaq üzvləri ölkəmizin gözəl şəfalı yerləri olan Lerik və Şəki rayonlarına səfər etmiş,gözəl təbiətlərində istirahət etmişdirlər.Kollektivimizə yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə öz təşəkkürlərini bildirdilər.

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili

News Image

İttifaq üzvlərinin asudə vaxtlarının təşkili

Elm və və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsi,may ayında Cəbrayıl rayon Qovşudlu kənd tam orta,Çulu kənd tam orta,3 saylı tam orta və B.Mərcanlı kənd tam orta məktəblərinin kollektivinin asudə vaxtlarının səmərəli keçirilməsini təşkil etmişdir.İttifaq üzvləri ölkəmizin gözəl şəfalı yerləri olan,Lerik,İsmayıllı,Şamaxı və Masallı rayonlarına səfər etmiş,gözəl təbiətlərində istirahət etmişdilər.Kollektivimizə yaradılan şərait və dəstəyə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.

Ulu Öndər Ümummilli Lider H.Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Şahmat yarışı.

News Image

Ulu Öndər Ümummilli Lider H.Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş Şahmat yarışı.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Ümummilli Lider H.Əliyevin anadan əlmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışının rayon mərhələsi uğurla başa çatıb.Sonda qaliblərə ETİHİ Cəbrayıl Rayon Komitəsi tərəfindən Fəxri Fərman,kubok, medallar və pul mükafatı ilə təqdim olunub mükafatlandırıldı.

Nazlı Bulaq istirahət mərkəzi

News Image

Nazlı Bulaq istirahət mərkəzi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 25-26 mart tarixində ETİHİ Cəbrayıl Rayon Komitəsinin bir qrup ittifaq üzvləri Nazlı Bulaq istirahət mərkəzində oldular.Göstərilən bu qayğı və diqqətə görə ETİHİ Respublika Komitəsinin sədri cənab Araz Paşayevə öz dərin təşəkkürlərini bildirdilər.

ETİHİ Cəbrayıl Rayon Komitəsinin Novruz Bayramı şənliyi

News Image

ETİHİ Cəbrayıl Rayon Komitəsinin Novruz Bayramı şənliyi

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə tədbir keçirildi.Tədbirdə Cəbrayıl Rayon Komitəsinin sədri Alim Babayev,Cəbrayıl Rayon Təhsil Sektorunun müdiri Zamiq Qurbanov və rayon təhsil müəssisələrində fəaliyyət göstərən həmkarlar ittifaqı üzvləri iştirak etdilər.Tədbirdə çıxış edən qonaqlar Novruz bayramı münasibətilə öz təbriklərini,xoş arzularını bildirdilər.